Xəbər lenti
Reklam
36 faiz gömrük rüsumu ödəyən sahibkar "Trendyol"la necə rəqabət aparsın?

Texnobloger Fərid Pərdəşünas yazır
"Trendyol" açıqlama verdi ki, Azərbaycandan 1.3 milyon istifadəçisi var. Bu çox ciddi rəqəmdir və o deməkdir ki, nəhayət Azərbaycanda elektron ticarət 10 il gecikmə ilə formalaşdı. Amma çox böyük bir əmma yarandı. Bu daxili sifarişlər deyil. Hazırda çox sayda sahibkar dövlət orqanlarına şikayət məktubları yazır, mediada məsələni işıqlandırırlar.
Azərbaycanda pərakəndə satışla məşğul olan mağazalar sürətlə bağlanır. Səbəb "Trendyol" ilə rəqabət apara bilməmələridir. Sahibkar 36% gömrük rüsumu, gəlir vergisi və digər məcburi ödəmələri etdiyi halda vətəndaş ay ərzində 0%-lə 300$-ı keçməmək şərtilə məhsullar daha ucuza əldə edir.
Burada dövlətin üzərinə çox çətin bir məsuliyyət düşür. Çünki bir tərəfdə sahibkar batır, bir tərəfdə elektron ticarət inkişaf edir. Belə anda poçt daşımalarına tətbiq olunan limitin 300$-dan aşağı salınması məsələsi ilk ağıla gələndir. Amma düşünürəm ki, bu qətiyyən olmalı deyil. Bu çıxış yolu olmayacaq.
Dövlət burada sahibkarı qorumaq üçün xüsusi paketlər hazırlamalıdır. Yerli istehsalı təşviq edən nələrsə olmalıdır. Amma bu halda da yerli sahibkar türk sahibkarla rəqabət apara bilməyəcək. Türkiyə ilə tekstil sahəsində nəhəng ölkələr rəqabət apara bilmir. Sahibkar isə çıxış yolunu çində görür. Hazırda "TikTok"da gördüyünüz çox ucuza satılan məhsullar Çin-dən kilo ilə alınan mallardır. Keyfiyyətsiz və təhlükəli.\\Valyuta.az

Tarix: 01 dekabr 2023
Baxış: 123

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş