Redaktor seçimi
    Bu cərimələr dəyişir, cəzalar sərtləşdirilir
Xəbər lenti
Reklam
Qərbin erməni planı: Qarabağa qoşun yeritmək üçün... - Şok faktlar

ABŞ Azərbaycana qarşı qeyri-obyektiv mövqe tutmaqda davam edir.
Gender.az xəbər verir ki, bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, bu qeyri-obyektivlik Ermənistanla Azərbaycanla arasında münaqişə başlanan dövrdən olub:
"Faktiki olaraq otuz il müddətində Qarabağdakı separatçı xunta rejiminə hər il humanitar yardım adı ilə milyonlarla dollar maliyyə vəsaiti ayırırdı. Bu da separatizmin dəstəklənməsi anlamına gəlir. ABŞ Konqresində keçirilən dinləmələr və bunda tutulacaq mövqe ilə bağlı gözləntilərdə bir dəyişiklik olmadı. 1992-ci ildə keçirilən dinləmələrlə dünənki arasında bir fərq görmədim. Həmin dinləmələrdə iştirak edən senatorların çoxu qeyri-obyektiv, erməni lobbisi ilə iç-içə və onların maraqlarını təmin edəcək çıxışlar etdilər. ABŞ-ın Azərbaycanı özünün tərəfdaşı adlandırması, hətta strateji münasibətlər quracağı ilə bağlı dediyi bəyanatların həqiqətə uyğun olmadığı ortaya çıxdı. Amerika liderinin Azərbaycan Prezidenti İlham Əliyevə ötən il, həmçinin bu il göndərdiyi 28 May Müstəqillik Günü ilə bağlı təbriklərində, o cümlədən Beynəlxalq Enerji konfransı ilə bağlı göndərilən məktublarda o ifadələrə rast gəlmişdik. ABŞ-ın indiki höküçətinin ermənilərlə iç-içə olan, ən ermənipərəst administrasiya olduğunu dəfələrlə qeyd etmişik. Bayden administrasiyanın 11 kabinet üzvündən 6-sı birbaşa erməni diasporu ilə iç-içə olan şəxslərdir. Bayden, Kamala Harris, Samanta Pouer və digərləri islamafobiya, türkəfobiya baxışları ilə tanınan şəxslərdir. ABŞ-ın hərbi texniki sahədə Azərbaycanla bu günə qədər də ciddi əməkdaşlığı olmayıb. Bu məsələdə böyük itkilərimiz yoxdur. Təəssüf ki, ABŞ özünün ölkədə siyasətini həyata keçirmək üçün Azərbaycanı hədəfə alır. Ermənistanı müdafiə etməklə bölgəyə gəlmək istəyir. Amma bu siyasət nə bölgədə sülhün bərqərar olmasına ciddi yardım edəcəyini, nə də ki, Azərbaycan-ABŞ münasibətlərini daha da inkişafına dəstək olacağını düşünmürəm. Bu, Şərqdəki proseslərə baxışın ikili standartlarının göstəricisi kimi qəbul oluna bilər".
Politoloq bildirib ki, ABŞ Rusiya ilə hazırda ciddi şəkildə toqquşmadadır:
"Bu həm Ukrayna üzərindən, həm də qlobal səviyyədə aparılan müharibədir. Yaxın Şərqdəki savaşda da ABŞ Rusiyanın əlinin olduğunu bəyan edir. Bu istiqamətdə də onunla müharibədədir. Məhz bu amillər üzərindən hərəkət edərək Rusiyanı Güney Qafqazdan sıxışdırıb çıxarmağa çalışır. Azərbaycan ABŞ və digər ölkələrin təlimatları əsasında yox, öz milli maraqlarında çıxış edir. Bu baxımdan Azərbaycana təzyiqləri artırırlar. Rusiya sülhməramlılarının bölgədən çıxarılması Amerikanın həll edəcəyi məsələ deyil. Əlbəttə bununla bağlı Azərbaycana ciddi təzyiqlər olacaq. Əslində ermənilərin Qarabağdan köçürülməsinin arxasında Qərbin dayandığını güman edirəm. Bu, Fransa tərəfindən Ermənistanla birgə planlanıb. Son dövrlər ABŞ-ın fəaliyyəti onu göstərir ki, bu planlardan onun da xəbəri olub. Gorusa gələn Samanta Pouer bildirdi ki, Baydenin tapşırığı ilə bölgəyə gəlib. Samanta Pouer gələndən sonra bölgədən köçən ermənilərin sayında ciddi saxtakarlıq müşahidə olundu. Qərb Kosova presedenti istifadə etməyə çalışacaq. Bölgədən getmiş ermənilərin beynəlxalq mexanizm adlandırılan Qərb qoşunlarının müşayiəti ilə geri qaytarılması prosesindən söhbət gedir. Bizim üçün ən təhlükəli məsələ bu ola bilər. Hesab edirəm ki, Amerika tərəfindən də bu məsələlərin gündəmə gətirilməsi məhz bununla bağlıdır. Bu məsələləri ciddi şəkildə diqqətdə saxlamalıyıq və buna imkan verməməliyik".

Tarix: 17 noyabr 2023
Baxış: 142

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş