Xəbər lenti
Reklam
“Gənc alimlərin əmək haqqının artırılması büdcə ilə bağlı məsələdir, amma... “


“Hər il dövlət büdcəsindən elmin inkişafına xeyli vəsait ayrılır, amma həmin məbləğin nə qədər hissəsi birbaşa alimə çatır, bax bu sual maraqlıdır”.

Hurriyyet.Az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Əziz Ələkbərov parlamentin noyabrın 14-də keçirilən plenar iclasında “Azərbaycanın 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Əziz Ələkbərov: Tələbələrə tətbiq edilən güzəştlər davamlı xarakter  daşıyacaq - AZƏRTAC

Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışan gənc alimlər müxtəlif dərəcələrlə 400 manatdan bir az çox əməkhaqqı alır:
“Halbuki ölkədə bu il üçün nominal orta aylıq əməkhaqqı 925,3 manat, paytaxtda isə orta aylıq nominal əməkhaqqı 1000 manatdan yuxarı təşkil edib. Yəni paytaxtda yaşayan alim orta aylıq əməkhaqqının üçdəbiri qədər maaş alır. Doğrudanmı bu maaşla gənclərimizi elmə gətirmək istəyirik? Doğrudanmı güman edirik ki, bu qədər əməkhaqqı ilə alim elmlə məşğul olacaq?”.
Ə.Ələkbərov elmi dərəcəsi olanlar üçün nəzərdə tutulan vəsaitin az olmasından da danışıb:
“Alimlərə verilən dərəcə pulu 60-100 manat kimi qalıb. Bəlkə də alimə verilən elmi dərəcə pulu yox, elə çörək puludur. Hesab edirəm ki, elmimiz və alimlərimiz bu münasibətə layiq deyil”.
Məlum olduğu kimi Azərbaycanda tədqiqatçıların sayı hər keçən il azalır. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2021-ci ildə 1 milyon əhaliyə düşən tədqiqatçı sayı 834 nəfər olub. Bu rəqəm 2020-ci ildə 849, 2019-cu ildə 871, 2018-ci ildə 956 nəfər olub.
Müşahidələr göstərir ki, xüsusilə gənclər arasında elmə maraq daha da azalıb. Ekspertlər bunu müxtəlif səbəblərlə əlaqələndirirlər. Bəziləri bunun sosial problemlərlə əlaqəli olduğunu bildirir, digərləri fərqli səbəblər səsləndirir. Böyük əksəriyyət problemin əsas səbəblərindən biri kimi tədqiqatçı və alimlərin maaşının az olması ilə əlaqələndirir. 

7000 min məqalə və müsahibələrimin heç birində özümü ekspert kimi təqdim  etməmişəm” –Nadir İsrafilov - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Mövzu ilə bağlı təhsil eksperti Nadir İsrafilov Musavat.com-a danışıb:
“Əmək haqqının azlığı-çoxluğu ilə bağlı məsələ təkcə alimlərlə deyil, həm də müəllimlərlə də bağlıdır.  Bir çoxları qeyd edir ki, təhsilin keyfiyyətinin aşağı olması müəllimlərin əmək haqqının az olması ilə əlaqədardır. 
Maddi cəhət nə qədər əsas həlledici amil olsa da bunun mənəvi tərəfləri də var. Əlbəttə razılaşmaq olar ki, alimlərin əmək haqları aşağıdır. İndi bizdə xüsusən tənqid olunan sahələrdən biri də elm sahəsidir. Məhz bununla əlaqədar işləri qaydaya salmaq üçün Elm və Təhsil Nazirliyi yaradıldı.
Məlum olduğu kimim Sovet təhsil sistemində pillələr bu cür idi – orta ümum təhsil, ali təhsil, aspirantura sonra doktorantura. Sonradan aspiranturanı ləğv edərək, onu magistatura ilə əvəz etdik. 
Magistratura ali təhsilin ikinci pilləsidir. Yəni, bakalavr peşə ixtisası verirsə, magistratura elmi ixtisas verir.  Beləliklə, elmi fəaliyyət əsasən magistatura pilləsindən başlayır. Dövlət magistraturaya daxil olanlar üçün müəyyən güzəştlər tətbiq edib. Məsələn, magistratura təhsili alanlar hərbi xidmətdən azad edilib. Əvvəllər bakalavrı bitirib magistratura piləsinə daxil olan hərbi xidmətə gedir, həmin müddətdə də bildiklərini unudurdu. Beləliklə, təhsildə fasiləsizliyi təmin etmək üçün magistrlar hərbi xidmətdən azad olunurlar. Lakin məsələ bununla bitmir. Universitetlərdə elmi tədqiqat işləri aparmaq üçün şərait yaradılmalıdır. Məsələn, xarici ölkələrdə müəllim təkcə dərslə kifayətlənməməli, həm də elmi fəaliyyətlə də məşğul olmalıdır. Hazırda da ölkəmizdə də bu istiqamətdə işlər gedir. Amma universitetlər bununla bağlı kampus şəklində fəaliyyət göstərməli, elmi təcrübələr, araşdırmalar ilə məşğul olmaq üçün infrastruktur, şərait yaradılmalıdır.
Ölkəmizdə hətta magistraturanı bitirən işə qəbul olmada, əmək bazarında müəyyən prolemlərlə üzləşir. Çünki universitetlərimiz əsasən nəzəri biliklər verir, praktik bacarıqlar üçün isə infrastruktur olmalıldır”. 
Ekspert də son zamanlar elmə marağın azaldığını vurğulayıb:
“Həqiqətən son zamanlar hansısa elmi ixtiranın, kəşfin şahidi olmamışıq. Doğrudur, son vaxtlar ayrı-ayrı gənc alimlərin beynəlxalq elmi jurnallarda müəyyən məqalələri dərc olunur. Amma bunların sayı çox azdır. Təhsilsiz elm, elmsiz də təhsil ola bilməz, bunların hər ikisi vəhdət təşkil edir. 
Şübhəsiz ki, alimlərin, xüsusən də gənc alimlərin əmək haqlarının artırılması büdcə ilə bağlı məsələdir. Amma istənilən halda, bu sahədə nə qədər stimullaşdırıcı tədbirlər həyata keçirilsə bir o qədər elmimiz inkişaf edər”. \\Musavat.com 
Tarix: 14 noyabr 2023
Baxış: 129

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş