Xəbər lenti
Reklam
Vətəndaşların NƏZƏRİNƏ! Bu məhsullara dəyərindən artıq PUL VERİRSİZ

Bir çox ölkələrdə olduqca münasib qiymətə satılan, hətta məhsulları aşağı səviyyə hesab olunan Zara, Mango və s. kimi markaların məhsulları Azərbaycanda olduqca yüksək qiymətə satılır. Bütün dünyanın uyğun qiymətə əldə edə bildiyi məhsullar Azərbaycanda nəyə görə əlçatan deyil?
Marketoloq Səfər Aslanov Referans.Az-a açıqlamasında bu haqda danışıb.
“Bunlar idxal məhsulları olduğuna görə normal olaraq marka adı üzərinə gəlir. Burada bir çox rüsumlar var – gömrük rüsumları, daşınması və s. Bunlar hər biri qiymətə təsir edir. Siz deyə bilərsiniz ki, xarici ölkələrdən Azərbaycana sifariş verdiyiniz zaman məhsullar 2-3 dəfə daha ucuz qiymətə başa gəlir. Təbii ki, bu da idxal prosesinə daxildir və müəyyən rüsumları var. Lakin sizin fərdi şəxs olaraq verdiyiniz sifarişlə şirkət olaraq verilən sifarişlərin edilməsində fərqlər var. Fərdi şəxs olaraq sifarişlər verdiyiniz zaman gömrük rüsumları, nəqliyyat xərcləri tamamən fərqli işləyir. Hüquqi şəxslər belə prosesləri həyata keçirərkən rüsumlar da daha çox tətbiq olunur. Buradakı əlavə rəqəmlər xərcin və qiymətin artmasına səbəb olur”.
Marketoloq qeyd edib ki, vətəndaşların alıcılıq qabiliyyəti, belə məhsullara olan maraq da yüksək qiymətin formalaşmasında rol oynayır.
“Sovet dövründə hər hansısa bir məhsulun qiyməti tətbiq olunan zaman həmin məhsulun əmələ gəlməsi üçün sərf olunan vəsait nəzərə alınırdı və qiymət bunun əsasında təyin edilirdi. Kapitalist cəmiyyətlərdə isə qiymətin formalaşması tərsinə baş verir. Hazırda istehlakçı əvvəlcə bu sual ətrafında düşünür: mən bu məhsulu istehsal edəcəm və istehlakçı buna nə qədər pul verməyə hazırdır? Yəni Azərbaycanda istehlakçılar baha dediyiniz məhsulları həmin qiymətə ala bilir. Bu, o deməkdir ki, məhsulların qiymətləri baha deyil”.

Fidan Vəlisoy

Tarix: 18 oktyabr 2023
Baxış: 121

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş