Taksilərin avtobus zolaqlarından istifadə etməsi necə effekt verəcək?
Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, taksilər də avtobuslar üçün yaradılmış xüsusi zolaqdan istifadə edə bilər.
Onun sözlərinə görə, taksi standartları müəyyən edildikdən sonra taksilərin avtobus zolaqlarından istifadə etməsi məsələsinə baxılması mümkündür.
Valyuta.az-a açıqlamasında bu məsələyə toxunan sabiq polis polkovniki Mahmud Hacıyev bildirib ki, avtobuslar üçün ayrılan zolaqlardan taksilərin də istifadə etməsi heç bir ciddi effekt verməyəcək:
"Taksilərin də avtobuslar üçün ayrılmış yoldan istifadə etməsi gediş-gəlişə maneə yaradacaq. Şəhərdə taksi fəaliyyətilə məşğul olan avtomobillər kifayət qədər çoxdur. Həm də yol hərəkət qaydalarını pozanlar da əsasən taksi sürücüləridir. Xüsusən də UBER, "Yango" şirkətlərində çalışanlar. Onlara da avtobus zolağından istifadə etmələrinə icazə verməsi bu ictimai nəqliyyatın normal işləməsinə əngəl olacaq. Ona görə də avtobuslar üçün ayrılan yollardan taksilərin də istifadə etməsi təklifi reallaşarsa, bunun effekt verəcəyinə inanmıram”.
Tarix: 13 oktyabr 2023
Baxış: 142
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş