Xəbər lenti
Reklam
Döyüş meydanından qaçmış erməni polkovnikə ittiham irəli sürüldü

Ermənistanda 44 günlük müharibə zamanı döyüş meydanından qaçmış polkovnik Manuk Badalyana qarşı ittiham irəli sürülüb. 
Bu barədə Ermənistan baş prokurorluğundan məlumat verilib.
Məlumata görə, 2020-ci il oktyabrın 3-də Hadrut rayonunun Tuğ kəndindəki Mexakavan hərbi hospitalına Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının komandir müavini, polkovnik Manuk Badalyan müraciət edib. Badalyan sağ diz oynağından zədə aldığını bildirib.
Lakin tibbi ekspertiza zədənin xidmətə mane olmayacağını müəyyən edib və ona xidmətə davam etməsi barədə göstəriş verilib. Sağlamlığına görə hərbi xidməti dayandırmağın qeyri-mümkün olduğunu başa düşən Manuk Badalyan döyüş əməliyyatları zamanı yaralandığı ilə bağlı illüziya yaratmaq qərarına gəlib. Bunun üçün sağ diz oynağının şişmiş hissəsinə dəfələrlə yod vurub, üzərini eyni maye ilə isladılmış sarğı ilə sarıyıb və bu da 2-ci dərəcəli yanıqların əmələ gəlməsinə səbəb olub. 
Bir həftə sonra, 10 oktyabr 2020-ci il tarixində saat 11:00-dan 12:00-dək diviziyanın komandanlıq məntəqəsinə keçid zamanı polkovnik Manuk Badalyanın və həmkarının olduğu avtomobil atəşə tutulub. Atışma nəticəsində yalnız sürücü qəlpə yaraları alıb. Eyni avtomobildə tapılan və heç bir xəsarət almayan Manuk Badalyan isə vəziyyət barədə heç kimin məlumatlı olmamasından istifadə edərək işçilərə mərmi atəşi nəticəsində yaralandığını deyib və xidməti yerini tərk edib.\\Ölkə.az

Tarix: 03 oktyabr 2023
Baxış: 124

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş