Redaktor seçimi
    Deputat olmaq istəyən yeni simalar - SİYAHI
Xəbər lenti
Reklam
Pensiyalar nə qədər artacaq? – Sadə izah

2021-ci ildə də pensiyaların indeksləşdirmə dərəcəsi yüksək olacaq.
Hər il pensiyalar orta əmək haqqının artım tempinə uyğun olaraq indeksləşdirilir. 2019-cu ildə orta əmək haqqı 634,8 manat olub. 2020-ci ilin yanvar-noyabr dövründə orta maaş 703,5 manat idi.
Makroiqtisadi proqnozlara əsasən 2020-ci ilin sonunda orta aylıq əmək haqqı 702 manat təşkil edəcək. Bu halda orta əmək haqqı 10,58 faiz artdığından pensiyalar da bir o qədər artırılacaq.
Xatırladaq ki, 2020-ci ildə orta əmək haqqının artım sürətinə uyğun olaraq pensiyalar 16,6 faiz artırılmışdı. \\Sfera.az

Tarix: 30 sentyabr 2023
Baxış: 148

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş