Xəbər lenti
Reklam
Moskvada ermənilər SAXLANILDI

Rusiya Federal Təhlükəsizlik Xidməti (FDX) Moskvada məhkəmə binasını yandıran iki şəxsi saxlayıb. Avqust ayında onlar gecəyarısı oraya fitilli şüşə qoyublar.
Bu barədə BAZA “Telegram” kanalı məlumat yayıb. 
Yanğın avqustun 29-da gecə Moskva şəhərinin Siolkovski küçəsindəki 160 saylı Məhkəmənin ərazisində baş verib. Naməlum şəxslər katibin kabinetinə od vurub və hadisə yerində yalnız içində fitil olan şüşə qoyub gediblər. Yanğın tez bir zamanda söndürülüb. Eyni vaxtda hüquq-mühafizə orqanları yanğın törədənləri axtarmağa başlayıb.
Axtarış təxminən bir aya yaxın çəkib və sentyabrın 25-də FDX iki şübhəli - 31 yaşlı Ohannes Şukurun və 30 yaşlı Sargis Aytyan saxlanılıblar. Məhkəmə ərazisini niyə bu qədər bəyənmədikləri və bunun “Telegram”dan sifariş edilən növbəti hücum olub-olmadığını hazırda araşdırılır. Hələlik onlar yalnız əmlaka qəsdən ziyan vurmada ittiham olunurlar. \\News24.az

Tarix: 27 sentyabr 2023
Baxış: 137

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş