Xəbər lenti
Reklam
Qarabağda Rusiya sülhməramlılarının avtomobili atəşə tutulub - Hərbçilər həlak olub


Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti xidmət aparan Rusiya sülhməramlılarının olduğu avtomobil atəşə tutulub.

Gender.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiya sülhməramlılarının olduğu avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.
"Sentyabrın 20-də Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqəsindən qayıdarkən rusiyalı hərbçilərinin olduğu avtomobil kiçik atıcı silahlardan atəşə tutulub. Atışma nəticəsində avtomobildə olan rusiyali hərbçilər həlak olub. Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri hadisənin bütün hallarını aydınlaşdırmaq üçün yerində işləyirlər”, - məlumatda qeyd edilib. \\Trend
Tarix: 20 sentyabr 2023
Baxış: 163

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş