Xəbər lenti
Reklam
Azərbaycanda bu avtomobillərin qiyməti artıb

Avqust ayında Bakıda Avtomobil bazarında da qiymət dəyişiklikləri müşahidə olunub.
Gender.Az bildirir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Belə ki, 30 min manatadək olan avtomobillərin qiyməti avqust ayında 4.3 faiz yüksəlib. Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da, həmin avtomobillərin qiymətində il ərzində 0.7 faiz artım qeydə alınıb.
Qeyd edək ki, cari ilin yanvar-avqust ayları ərzində Azərbaycana, ümumilikdə 65 726 avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsinin yaydığı məlumata əsasən, 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 16 481 ədəd avtomobil və ya 33,5% artıb.
Ölkəyə gətirilən avtomobillərin 81 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 60 922 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 4 483 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 240 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Tarix: 16 sentyabr 2023
Baxış: 150

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş