Xəbər lenti
Reklam
Un məmulatlarına kimyəvi maddələr əlavə edilir? - VİDEO

Cəmiyyətdə belə bir fikir formalaşıb ki, üzərində pəhriz üçün yazılan çörəklər düzgün bişirilmir. Onların sadəcə adı pəhriz üçündür. Bu çörəklərdən istifadə artıq çəkiyə də səbəb olur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, pəhriz çörəyi adı altında çoxsaylı çörək növləri satılır:
“Bu çörəklərin baha olması onların tam pəhriz çörəyi olması demək deyil. Bəzən görürük ki, 72 saatdan artıq qalmış pəhriz çərəkləri xarab olmur. Bu o deməkdir ki, həmin çörəklərə kimyəvi maddələr qatılır”.
Diyetoloq Ləman Süleymanova isə qeyd edib ki, pəhriz çörəklərinə çay qalığı, rəngverici inqridentlər əlavə edilir. Bu da xərçəng xəstəliyinə səbəb ola bilər.
Daha ətraflı Baku TV-nin süjetində:
 
 
Tarix: 07 sentyabr 2023
Baxış: 128

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş