AMEA: Bu il Azərbaycanda 4 vulkan püskürüb
“Bu il üçün Azərbaycanda 6 vulkanın püskürməsi proqnozlaşdırılmışdı, onlardan 4-ü püskürüb”.
Geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib. O bildirib ki, iki vulkanın püskürməsi barədə hələ ki məlumat yoxdur: “Karantinlə əlaqədar hazırda işləmirik. Qobustanda vulkan çoxdur. Ola bilsin ki, orada püskürmə baş verib. Ola bilməz ki, ilin əvvəlindən püskürmə olmasın. Amma hansı vulkanlardır, haradadır, haqqında məlumatımız yoxdur. Biz adətən yayda ekspedisiya təşkil edirik. Yaşayış məntəqələrindən uzaqda olduğuna görə, məlumatımız olmayan bəzi vulkanlar barədə ekspedisiya zamanı məlumat əldə edirik. Bu il pandemiya ilə bağlı ekspedisiya qalıb. Əhali tərəfindən də vulkan püskürməsi ilə bağlı məlumat daxil olmayıb. Karantin bitdiyi halda ekspedisiya təşkil olunacaq”. /APA
Tarix: 10 iyul 2020
Baxış: 359
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş