Redaktor seçimi
    Əli Əsədov sərəncam imzaladı: nazirliklərə tapşırıq verildi
Xəbər lenti
Reklam
64 yaşlı qadının beynində SOXULCAN AŞKARLANDI-FOTO

Avstraliyada hər kəsi şoka salan olay yaşanıb.
Xəstəxanaya unutqanlıq və depressiya şikayətləri ilə gələn bir xanımın beynində 8 sm uzunluğunda soxulcan aşkar edilib.


Hadisə Kanberra şəhərində yaşanıb, xəstəxana həkimlərinin apardığı araşdırmalara əsasən, bu növ soxulcanlar piton ilanlarda rast gəlinir.
Baş verən hadisə heyvanlardan insanlara xəstəliyin keçmə riskinin nə qədər yüksək olduğunu bir daha göstərib.
Həkim 64 yaşlı xəstənin beynində diri soxulcanı görən zaman çox təəccüblənib. Qadının yaxınları isə onun piton ilanlarla əhatə olunan ərazidə yaşadığını bildiriblər.
O ilanlarla təmasda olmasa da, həmin ərazidən ot yığdığı və bunları yeməklərində istifadə etdiyi bildirilib. Xəstənin beyninə soxulcanın bu yolla getdiyi deyilib.\\BAKU.WS 

Tarix: 29 avqust 2023
Baxış: 201

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş