Xəbər lenti
Reklam
İlon Mask QƏZAYA DÜŞDÜ

İlon Mask biznes ortağı Peter Thiel-ə nümayiş etdirərkən təsadüfən dəyəri bir milyon dollardan çox olan nadir avtomobili qəzaya uğradıb. 
Bu barədə "New Yorker" yazıb. 
Hadisə zamanı Mask qaz pedalını basıb. Maşın dərhal yerindəcə sürüşüb. O, hasara çırpılaraq, təxminən bir metr hündürlüyə tullanıb, sonra yerində fırlanaraq asfaltın üzərinə düşüb. 
Qəza nəticəsində onların hər ikisi çətinliklə sağ qalıb. 
Qeyd edək ki,  1999-cu ildə İlon Mask ilk startapını 22 milyon dollara satıb və "McLaren F1" idman avtomobilini alıb. Həmin illərdə bu avtomobil dünyanın ən sürətli avtomobili sayılırdı. Bütün istehsal dövrü ərzində bu markalı cəmi 106 avtomobil yığılıb və hər biri ən azı 1,2 milyon dollara başa gəlib. \\News24.az

Tarix: 24 avqust 2023
Baxış: 266

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş