Redaktor seçimi
    2025-ci ilədək bu şəxslərin maaşlarına əlavələr olunacaq - Baş nazirdən QƏRAR
Xəbər lenti
Reklam
Bu ölkədə pensiya yaşının artırılması referenduma çıxarılacaq

Polşada pensiya yaşının artırılması məsələsi referenduma çıxarılacaq.
Bu barədə ölkənin keçmiş baş naziri, Avropa Parlamentinin üzvü Beata Şidlo bildirib.
Avropa Parlamentinin deputatı xatırladıb ki, hazırda Polşada pensiya yaşı qadınlar üçün 60, kişilər üçün isə 65-dir.
Həmçinin oktyabrın 15-nə təyin edilmiş parlament seçkiləri ilə eyni vaxtda ölkədə miqrantların Avropaya köçürülmə proqramı çərçivəsində qəbulu məsələsi ilə bağlı referendumun keçirilməsi nəzərdə tutulub. Polşanın hakim partiyasının sədri Yaroslav Kaçinski dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsində polyakların fikrini öyrənməyi təklif edib. Hələlik hakimiyyət eyni vaxtda üç referendum keçirib-keçirməyəcəyini açıqlamayıb. \\Ölkə.az

Tarix: 12 avqust 2023
Baxış: 185

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş