Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
“ASAN xidmət” vətəndaşlara MÜRACİƏT ETDİ
 

“ASAN xidmət” Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək tətbiq ediləcək karantin rejimi ilə bağlı vətəndaşlara müraciət edib.
Qurumdan Gender.az-a daxil olan müraciətdə bildirilir verir ki, virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində 4-5 iyul 2020-ci il tarixində Bakı şəhərindəki bütün “ASAN xidmət” və “ASAN Kommunal”, Gəncə, Masallı, Sumqayıt, Mingəçevir, Bərdə, Şəki regional “ASAN xidmət” mərkəzlərində yalnız www.asan.gov.az saytı və 108 “Çağrı” Mərkəzi üzərindən müvafiq tarixlər üçün öncədən növbə götürmüş vətəndaşlara xidmət göstəriləcək. Eyni zamanda sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar həmin mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər. Qeyd olunan tarixlərdə 108 “Çağrı” Mərkəzi və “ASAN xidmət” mobil tətbiqi vasitəsi ilə  müvafiq mərkəzlər üçün onlayn növbələr verilməyəcək.
11, 12, 18, 19 iyul tarixlərində isə qeyd olunan mərkəzlərdə qeyri-iş günü olacaq.
Digər günlərdə isə vətəndaşlar müvafiq qaydalar əsasında mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər. Belə ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.
Tarix: 03 iyul 2020
Baxış: 312

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş