Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
FHN tərəfindən dezinfeksiya işləri davam etdirilir

Azərbaycan Respublikası ərazisində koronavirusla (COVID-19) mübarizə məqsədilə ölkə başçısı  İlham Əliyevin göstərişi əsasında kompleks effektli tədbirlər davam etdirilir.
Bu tədbirlər çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, FHN koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə aidiyyəti üzrə fəaliyyətini davam etdirir.
Belə ki, Operativ Qərargahın Bakı şəhəri üzrə müəyyən etdiyi obyektlərdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən dezinfeksiya tədbirləri davam etdirilir, müxtəlif məkanlar xüsusi məhlulla dezinfeksiya edilir.
Dezinfeksiya işlərinin mütəmadi olaraq aparılması nəzərdə tutulur.                     /APA
Tarix: 03 iyul 2020
Baxış: 309

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş