Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Nazir: Neft bazarındakı sabitlik bütün iştirakçıların maraqlarına cavab verir - VİDEO

“Neft bazarındakı sabitlik bütün iştirakçıların maraqlarına cavab verir. Bu baxımdan ölkələri və digər istehsalçıları cəlb etməklə “OPEC+” formatının daha da genişləndirilməsini vacib sayıram”.
Energetika naziri Pərviz Şahbazov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və “Valday” Beynəlxalq Diskussiya Klubunun onlayn formatda birgə keçirdiyi “Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı beynəlxalq konfransda belə deyib.
Nazir qeyd edib ki, dünya ölkələri mövcud vəziyyətdə əməkdaşlığa və innovasiyalara daha açıq olmalıdır.
Energetika naziri həmçinin ənənəvi enerji mənbələrinin cəlbediciliyinin əvvəlki kimi olmadığını və bərpa olunan enerji mənbələrinin rolunun artırılmasının vacibliyini qeyd edib.
Rusiyanın Energetika naziri Aleksandr Novak da OPEK çərçivəsində müzakirələrin əhəmiyyətini vurğulayıb və bu qurumun neft istehsalının tənzimlənməsi ilə bağlı vaxtında qərar verdiyini bildirib.
Beynəlxalq tədbir sabah da qapalı şəkildə öz işini davam etdirəcək. \\Xezerxeber
 
 
Tarix: 02 iyul 2020
Baxış: 294

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş