Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
İnsanların test analizi vermədən özlərini müalicə etməsi yolverilməzdir - AÇIQLAMA - VİDEO
 
Özlərində COVID-19-un əlamətlərini müşahidə edən insanların test analizi vermədən və həkim nəzarəti olmadan özlərini müalicə etmələri yolverilməzdir.Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, kimsə xəstəliyin bir əlamətini özündə müşahidə edən kimi özbaşına dərman qəbul edərək “mən artıq yaxşıyam, həkimə getmirəm” deyə bilər. Amma müalicənin aparılması üçün həkim xəstəyə baxış keçirməli, yalnız bundan sonra xəstəyə müalicə təyin edilməlidir.
Baş infeksionist onu da qeyd edib ki, həkim təyinatı olmadan evdə müalicə ciddi fəsadlara səbəb ola bilər. Belə xəstələrin vəziyyətlərinin ağırlaşma ehtimalı çox yüksəkdir.
Əgər insanlar bu tövsiyələrə əməl etsələr, immun sistemləri güclənər, xəstəliklərə qarşı daha müqavimətli olar və yoluxduqları hər hansı bir xəstəliyi yüngül keçirərlər.\\Xezerxeber

 
Tarix: 02 iyul 2020
Baxış: 320

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş