Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Bakıda test nəticəsi pozitiv çıxan şəxs marketdə saxlanıldı - VIDEO

 
Paytaxtın Səbail rayonunda Covid-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunaraq saxlanılıb.

Səbail RPİ əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə Bibiheybət qəsəbə sakini 1994-cü il təvəllüdlü Həmid Məmmədzadəyə Covid-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Təyin edilən qaydalara baxmayaraq, onun yaşayış yerini tərk edərək, vətəndaşların intensiv hərəkət etdiyi mağazalardan birindən aşkar olunaraq, aidiyyəti üzrə müvafiq ünvana yerləşdirilib.

Qeyd olunan hərəkətlərdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 139-1- ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir. \\Anews




Tarix: 01 iyul 2020
Baxış: 334

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş