Redaktor seçimi
    Deputat olmaq istəyən yeni simalar - SİYAHI
Xəbər lenti
Reklam
Paşinyan Naxçıvana kommunikasiyaları açmağa hazır olduğunu bəyan ETDİ

Ermənistan keçdikləri ölkələrin suverenliyini və yurisdiksiyasını qorumaq şərti ilə regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaları blokdan çıxarmağa hazırdır.
Bu barədə cümə axşamı Ali Avrasiya İqtisadi Şurasının genişləndirilmiş iclasının sonunda çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"Mən Ermənistanın regionda bütün nəqliyyat və iqtisadi əlaqələri və Ermənistan Respublikasının ərazisindən keçən kommunikasiyaları blokdan çıxarmağa hazır olduğunu təsdiq etmək istəyirəm. Biz onların keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyaları çərçivəsində regional kommunikasiyaları açmağa hazırıq" - deyə o, Azərbaycan Prezidenti İlham Əliyevin Bakının planlarına görə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan Ermənistan ərazisindən keçən dəhliz haqqında sözlərini şərh edərkən bildirib. \\Redaktor.Az

Tarix: 25 may 2023
Baxış: 133

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş