Redaktor seçimi
    Deputat olmaq istəyən yeni simalar - SİYAHI
Xəbər lenti
Reklam
ABŞ: “Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları dəstəkləyirik”

ABŞ harada keçirilməsindən asılı olmayaraq Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları dəstəkləyir.
Bu barədə çərşənbə günü ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller ənənəvi brifinqdə bildirib.
Onun sözlərinə görə, ABŞ dövlət katibi Entoni Blinken sülhün əldə edilə biləcəyini açıq şəkildə bildirib.
"Birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Biz bu məsələdə tərəfləri dəstəkləməyə, o cümlədən onlarla birbaşa əlaqə yaratmağa davam edəcəyik. İstər Vaşinqtonda, istər Brüsseldə, istərsə də dünyanın istənilən başqa yerində danışıqları dəstəkləyirik", - o əlavə edib. \\Report

Tarix: 25 may 2023
Baxış: 202

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş