Redaktor seçimi
    Deputat olmaq istəyən yeni simalar - SİYAHI
Xəbər lenti
Reklam
İlkin tanışlıq dövründə pul barədə danışmaq lazımdırmı?

Psixoloqlar iqtisadi böhran şəraitində münasibətlərini davam etdirmək istəyən cütlüklərə maliyyə məsələlərindən də danışmağı məsləhət görürlər. Ancaq ilkin tanışlıq mərhələsində maliyyə çətinlikləri böyük dilemmalara səbəb ola bilər.
Hazırki iqtisadi böhran stress və narahatlığı artırır, inflyasiya isə tanışlıq dövrünün ənənəvi xərcləri də artır.
Türkiyəli psixoloq Ece Oral Albayraq deyir ki, bütün dünyada inflyasiyanın artması yeni tanışlıqlar üçün problem yarada bilər.
Araşdırmalara görə, maddi çətinliklərin öhdəsindən birlikdə gəlmək üçün romantik partnyor axtarışları artsa da, büdcəsini gücə salmamaq üçün sevgililik həyatını təxirə salanlar da az deyil.
Dünyanın müxtəlif yerlərindən 30 tanışlıq saytını birləşdirən "Dating.com"un məlumatına görə, bu saytlarda qeydiyyatdan keçənlərin 47 faizi xərclərdən yayınmaq üçün artıq sevgili olmadığını bildirib.
ABŞ-da aparılan araşdırmanın nəticələrinə görə isə, milenium nəslinin 22 faizi və Z nəslinin 19 faizi bu cür münasibətləri davam etdirmək üçün borca girib.
Psixoloji məsələlər üzrə məsləhətçi Tunç Tataker bildirib ki, münasibətin uzunmüddətli olması üçün hər iki tərəf eyni sosial-iqtisadi şərtlərdə yaşamalıdır və sevgili dönəmində pul haqqında danışmaq əvəzinə bir-birini tanımağa çalışmaq daha yaxşıdır.
Bəzi tanışlıq tətbiqlərinin Britaniyada apardığı araşdırmaya görə, hər üç nəfərdən biri sevgililik mərhələsində maddi vəziyyəti haqqında danışmağın vacib olduğuna inanır.
Sorğuda iştirak edənlərin yalnız 6 faizi heç vaxt pul məsələlərindən danışmayacağını deyib.
18-34 yaş arası şəxslərin 42 faizi nisbətən az pul xərcləmək üçün indi daha ucuz məkanlara üstünlük verdiyini qeyd edib.
Respondentlərin 34 faizi isə parka getmək və ya sahildə oturmaq kimi xərc tələb etməyən variantları seçdiyini vurğulayıb.
Mütəxəssislər qeyd edirlər ki, maliyyə vəziyyətimiz haqqında danışmağımız sevgili olduğumuz şəxslə səmimiyyətimizi, yaxınlığımızı və dürüstlüyümüzü artırır.
Şəxsi münasibətlər üzrə ekspert Jessica Alderson Britaniyanın qeyd edib ki, maliyyə vəziyyətimiz və proqnozlarımız haqqında danışmaq bizdən fərqli gözləntiləri olan insanlara zaman sərf etməyin qarşısını ala bilər.
Bu mövzularda açıq olmağın münasibətimizi gücləndirə biləcək dürüstlük və həssaslıq kimi mühüm şəxsi xüsusiyyətləri də ön plana çıxara bilər. \\BBC

Tarix: 22 may 2023
Baxış: 440

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş