Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Ötən ilin noyabrından indiyədək Azərbaycanda 10 uşaq övladlığa götürülüb

Övladlığagötürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməsinə başlandığı 1 noyabr 2019-cu il tarixindən ötən müddətdə 10 uşaq övladlığa götürülüb. Onlardan 3-ü qız, 7-sı oğlandır.
Onun sözlərinə görə, övladlığa götürülmüş uşaqların  2-si 2-3 yaşlarında, 2-si 4-6 yaşlarında, 4-ü 7-11 yaşlarında, 2-si 12-18 yaşlarındadır. Uşaqlardan 3-ü ögey anası, 4-ü evli cütlüklər, 3-ü tək ana tərəfindən övladlığa götürülüb:
“Onlardan 2-si dövlət uşaq müəssisəsindən, 4-ü yaxın qohum ailələrdən, 1-i uzaq qohum ailədən götürülən uşaqlar, qalan 3-ü isə ögey ana tərəfindən övladlığa götürülən və ərin əvvəlki nikahından olan uşaqlarıdır. Övladlığagötürmə sahəsində yeni idarəetmə modeli övladlığagötürülən uşaqların maraq və mənafelərinin prioritetliyi, onların övladlığa götürüldükləri ailələrdə layiqli həyat tərzinin, fiziki-mənəvi inkişafının təmin olunmasının üstün tutulması, bu istiqamətdə güclü nəzarətin həyata keçirilməsi prinsipinə əsaslanır”.
F.Talıbov qeyd edib ki, övladlığa götürülən uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onun ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə monitorinqlər aparılır.                   /APA      
Tarix: 01 iyul 2020
Baxış: 363

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş