Redaktor seçimi
    Azərbaycanda 11 şəxsə VƏZİFƏ VERİLDİ
Xəbər lenti
Reklam
Qusarlı məktəblilərə incəsənətlə inkişafdan danışılıb

Aprelin 27-də Qusarın Z.Rizvanov adına İmamqulukənd orta məktəbində "İncəsənət özünü inkişaf vasitəsi kimi” layihəsinin bağlanış tədbiri keçirilib.

Layihənin əsas məqsədi məktəbliləri düzgün ixtisas seçiminə hazırlamaq, onların daha uğurlu karyera imkanlarına malik olması baxımından incəsənət alətlərindən və qeyri formal təhsil metodları vasitəsilə yumşaq bacarıqların artırılması və bu bacarıqların praktikada tətbiqindən ibarətdir.

Gender.Az-ın məlumatına görə, bağlanış tədbirini giriş sözü ilə açan İmamqulukənd məktəbinin direktoru Səmayə Tağıyeva məktəblilər üçün davamlı olaraq yeni öyrənmə imkanlarının yaradılmasının vacibliyini qeyd edib. O deyib ki, belə layihələrə məktəb rəhbərliyi tərəfindən həmişə dəstək göstərilməlidir.
Qusar rayon Təhsil şöbəsinin nümayəndəsi Nəzirə Ağalarova bu layihələrin kənd məktəblilərinin inkişafında yeni imkanlar yaradacağına, onların gələcəyin peşələrini seçməkdə və əmək bazarında rəqabətliliyə hazır olacaqlarına əmin olduğunu bildirib.

Layihə rəhbəri Suqra Cəfərova da məlumat verdikdən sonra təşəbbüs iştirakçıları incəsənət alətlərindən istifadə etməklə öz təqdimatlarını ediblər.
Tədbir layihə çərçivəsində görülmüş işlərlə tanış olmaq üçün təşkil olunmuş gəzinti ilə yekunlaşdırılıb.

Bağlanış tədbirində Resource HUB-ın rəhbərliyi, İmamqulukənd məktəb kollektivi, təşəbbüs iştirakçıları və digər qonaqlar iştirak ediblər.

"İncəsənət özünü inkişaf vasitəsi kimi” layihəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində Resource HUB ilə əməkdaşlıqda Qusar rayonu İmamqulukənd məktəbinin müəlliməsi Suqra Cəfərova tərəfindən icra olunub.



Tarix: 29 aprel 2023
Baxış: 9279

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş