Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Füzulidə tikinti-quruculuq abadlıq işləri davam edir - FOTO
 

Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda görülən tikinti-quruculuq abadlıq işləri


Füzuli rayonun işğaldan azad olunmuş ərazisində tikinti-quruculuq abadlıq işləri davam edir.

Əhalinin sağlamlığının qorunmasının və göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi məqsədi ilə rayonun Bala-Bəhmənli kəndi ərazisində müasir tipli Mərkəzi rayon Xəstəxanasının inşası hal-hazırda davam etməkdədir.

Bununla yanaşı kənd təsərrüfatı məhsullarının istehsalı və emalı istiqamətində iri miqiyaslı, müasir standartlara cavab verən Aqroparkın, Horadiz şəhərində Dövlət Bayrağı Meydanının ərazisində Bayraq Muzeyinin, Heydər Əliyev Fondunun hesabına Bala Bəhmənli kənd tam orta məktəbinin, Arayatılı, Əhmədbəyli və Mahmudlu-2 kəndlərində uşaq bağçalarının, Aşağı Yağlıvənd kəndi ərazisində barama qurutma məntəqəsinin, Əhmədalılar kəndində 35 fərdi yaşayış evinin, kərpiç evlər adlanan ərazidə məskunlaşan məcburi köçkün ailələri üçün 95 evin tikintisi davam edir.

Füzulililər göstərilən bütün diqqət və qayğıya, görülən bütün işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığlarını bildirirlər.                    /Pravda



Tarix: 29 iyun 2020
Baxış: 322

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş