Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Fövqəladə hallar orqanlarının əməkdaşları tərəfindən dövlət himninin ifa edilməsi Qaydaları təsdiqlənib


Fövqəladə Hallar Nazirliyi “Azərbaycan Respublikası fövqəladə hallar orqanlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikasının dövlət himninin ifa edilməsi, ifa edilən zaman əsgəri (hərbi) salam verilməsi, dinlənilməsi və oxunması Qaydaları”nı təsdiq edib.
Əməkdaşlar dövlət himnindən istifadə edərkən Azərbaycan Konstitusiyasını, “Dövlət himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya Qanununu, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Dövlət himnindən istifadə qaydaları haqqında” qanunu və bu Qaydaları rəhbər tutur.
Qeyd edilib ki, Azərbaycan Respublikasının bayramlarına həsr olunmuş təntənəli yığıncaqların, iclasların açılışı və bağlanışı zamanı, Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda, Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin və Azərbaycanın Milli Qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı, Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı ilə bağlı keçirilən tədbirlərdə, Fövqəladə hallar orqanlarına qəbul edilən şəxslərin andiçmə mərasimi zamanı və digər tədbirlərdə dövlət himni mütləq ifa edilir.
Fövqəladə hallar orqanlarında dövlət himninin ifa edilməsinə, ifa edilən zaman əsgəri (hərbi) salam verilməsinə, dinlənilməsinə və oxunmasına dair tələblərdə bildirilib ki, dövlət himni musiqisinə (partiturasına) uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir.
Dövlət himni ifa edildikdə əməkdaşlar onu ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun oxumalıdırlar. Dövlət Himni ifa edildikdə sıradakı əməkdaşlar komanda verilməmiş farağat vəziyyətini alır, rəislər (komandirlər) əsgəri (hərbi) salam verir. Sıradan kənarda olan əməkdaşlar dövlət himni ifa edildikdə farağat vəziyyətini alır və əsgəri (hərbi) salam verir. Əməkdaşlar tərəfindən Dövlət Himninin təhrifinə və başqa dildə oxunmasına yol verilmir.
Bu Qaydaların tələblərinə riayət olunmasına nəzarət Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsi tərəfindən müvafiq qaydada həyata keçirilir. Əməkdaş bu qaydaların tələblərini pozmasına görə qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.                               /APA
Tarix: 29 iyun 2020
Baxış: 335

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş