Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Parkinson xəstəliyindən əziyyət çəkən aktyor: "Dilənçi vəziyyətinə düşə bilərəm"

Parkinson xəstəliyindən əziyyət çəkən aktyor Allahverdi Yolçuyev "Elgizlə izlə" verilişində qonaq olub.
Allahverdi Yolçuyev maddi vəziyyətinin pis olduğunu açıqlayıb.
"Dilənçi vəziyyətinə də düşə bilərəm. Mən 40 ildir ki, bu sənətdə külüng vururam. Uşaq verilişlərindən tutmuş, film səsləndirməyə qədər və s. Bu, mənim işimdir, bununla öyünməməliyəm. Bütün aktyorlar əziyyət çəkirlər. Bu xəstəlik keçmir və sinir sistemi ilə əlaqəlidir. Çünki baş-beyin işləməyəndə sinir sistemi də çalışmır. Hazırda heç yerdən pul qazanmıram, təqaüd belə almıram. Mən uşaq vaxtından göyərti də satıb ailəmi saxlamışam. Bundan utanmıram, oğurluq etməmişəm ki. Amma indi işləyə bilmirəm, əllərim xəstəliklə bağlı əsməyə başlayır. Teatrda işləyə, toyda tamadalıq edə bilmirəm.
Dörd qızım var, ikisi evli, ikisi isə subaydır. Beş nəvəm var və bizimlə yaşayırlar. Evim də, bağ evim də var", - deyə o bildirib. \\Teleqraf
Tarix: 28 iyun 2020
Baxış: 410

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş