Xəbər lenti
Reklam
Saroyandan GÜLÜNC AÇIQLAMA: "Ermənistan silahlı qüvvələri bir sıra ölkələrin ordusundan güclüdür"

Erməni politoloq mediaya gülünc açıqlama verib. 
Gender.Az xəbər verir ki, bunu erməni mediasına politoloq Saro Saroyan deyib. O, jurnalistin “Ermənistan bu geosiyasi təlatümlər fonunda öz qərarını verə bilərmi?” sualına belə cavab verib:
“Kim deyir ki, Ermənistan öz qərarını verə bilməz? Ermənistandan kiçik ölkələr var ki, təkbaşına idarə olunur. Ermənistan ordusu hətta bir sıra Avropa ölkələrinin ordularından da güclüdür. Hətta hər baxımdan güclüdür. Necə olur ki, onlar bacarır, biz isə bacarmırıq?”
Jurnalist rus sülhməramlılar Qarabağdan çıxarıldıqdan sonra onları kimin əvəz edəcəyi ilə maraqlanıb.
“Biz güclənməliyik. Problemlərimizi təkbaşına həll etməyi bacarmalıyıq. Təkcə Qərb və Rusiya ilə münasibətləri düşünmək lazım deyil. Rusiya və Qərb hesab edir ki, Qarabağ Azərbaycana inteqrasiya olunmalıdır.
Ermənistan öz siyasətini aparmalıdır. Onların nə istədikləri məni maraqlandırmır. Qarabağa özümüz nəzarət etməliyik”, – deyə Saroyan sərsəmləyib. \\KONKRET.az

Tarix: 06 aprel 2023
Baxış: 139

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş