Xəbər lenti
Reklam
Həyat yoldaşını itirən kişilər niyə tez ölür?

Danimarkada aparılan bir araşdırma göstərib ki, həyat yoldaşını itirmək qadınlarla müqayisədə kişilər üçün daha ölümcül olur.
Gender.Az xəbər verir ki, araşdırmaya görə, həyat yoldaşının vəfatından bir il sonra 65-69 yaş arası dul kişilər arasında ölüm ehtimalı 70 faiz təşkil edir. Dul qadınlar arasında isə ölüm ehtimalı cəmi 27 faiz olub.
Tədqiqat, yaşı 65 və yuxarı olan təxminən 925 min danimarkalı üzərində aparılıb. Kopenhagen Universitetinin İctimai Sağlamlıq Departamentində araşdırma aparan mütəxəsislər dul kişilərdə ölüm ehtimalının yüksək olmasını kişilərin fiziki və emosional sağlamlığının pozulması ilə əlaqələndiriblər. Belə ki, evli olan kişilər həyat yoldaşlarının qayğısı ilə əhatə olunduğundan, yoldaşlarınn dünyasını dəyişməsi kişilərin həyatında böhran yaradır.
Tədqiqatlar onu da aşkara çıxarıb ki, həyat yoldaşlarının ölməsindən sonra kişilərin sağlamlıqla bağlı xərcləri də çox artır. \\Sfera.az

Tarix: 25 mart 2023
Baxış: 195

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş