Xəbər lenti
Reklam
"Hətta sülh müqaviləsi imzalansa belə, bir müddət sonra müharibə olacaq" - Ovannisyan

Bu mərhələdə genişmiqyaslı müharibə olmayacaq. 
Gender.Az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Ovannisyan deyib.
O bildirib ki, 44 günlük müharibədən sonra hər an eskalasiya təhlükəsi var.
“Azərbaycan hələ də məsələni həll olunmamış hesab edir və müharibəyə hazırlaşır. İndi də o təhlükə var.
Mən hesab edirəm ki, indiki mərhələdə Azərbaycan genişmiqyaslı müharibəyə getməyəcək. Lokal toqquşmalar olacaq, lakin indiki mərhələdə böyük eskalasiya olmayacaq.
Bu, ona görə deyil ki, Azərbaycan hərbi cəhətdən hazır deyil. O, həmfikirləri tapmağa çalışır ki, hərbi təcavüzünü qanuniləşdirsin. Deməli, onun bununla bağlı tərəfdarları olub və o zaman genişmiqyaslı təcavüzə başlayacaq”, – deyə hərbi ekspert bildirib.
Onun fikrincə, sülh müqaviləsi imzalansa belə, Azərbaycan müharibəyə gedəcək, lakin bu, çox az ehtimaldır.
“O müqavilə imzalanmayacaq. Çünki Azərbaycan və Türkiyənin Ermənistana dəhliz şəklində ərazi istəkləri var. Hətta sülh müqaviləsi imzalansa belə, bir müddət sonra Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatlara başlamayacağına heç bir zəmanət yoxdur ”, – deyə erməni ekspert qeyd edib.
Hərbi ekspertin sözlərinə görə, bu kontekstdə əsgərlərin hərbi ruhunun yüksəldilməsi istiqamətində addımların atılması və həyata keçirilməsi çox vacibdir.
Ovannisyan bildirib ki, minimal itkilər üçün Ermənistan müttəfiqləri ilə münasibətləri yaxşılaşdırmağa, müharibə zamanı onun yanında olacaq yeni müttəfiqlər tapmağa çalışmalıdır. \\KONKRET.az

Tarix: 23 mart 2023
Baxış: 141

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş