Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Bu halda icazələr LƏĞV EDİLƏCƏK

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş  sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir. 
"ASAN Xidmət"dən verilən məlumata görə, həmin sahələr üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı isə əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır.
"Fəaliyyətinə icazə verilən təşkilatlara əməkdaşlarının icazələrini  icaze.e-gov.az portalında tənzimləmələrini xahiş edirik.  Əks halda daxil edilən icazələr nəzərdə tutulan həddi aşarsa avtomatik olaraq ləğv ediləcəkdir", - deyə məlumatda qeyd olunur. \\Qafqazinfo
 
Tarix: 25 iyun 2020
Baxış: 283

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş