Redaktor seçimi
    Deputat olmaq istəyən yeni simalar - SİYAHI
Xəbər lenti
Reklam
Bakı sakinlərinin nəzərinə - Aprelin 24-dən 29-dək...

Formula 1 üzrə Azərbaycan Qran Prisinin yarış həftəsində trekin əhatə etdiyi bəzi yollar nəqliyyatın hərəkətinə açıq olacaq.
Gender.Az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, yarış zolağının Neftçilər prospektinin Azneft dairəsindən Dəniz Vağzalına qədər olan hissəsi və İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər olan hissəsi aprelin 24-dən 29-dək müəyyən saatlarda əhalinin istifadəsi üçün açılacaq.
24-26 aprel aralığında səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 18:00-dan 20:00-dək sözügedən yollarda nəqliyyatın hərəkəti dayanma və durma olmadan sərbəst olacaq.
Göstərilən yollar yalnız tranzit dəhlizi kimi istifadə ediləcək. Maşınların orada dayanması və ya parkinqi təhlükəsizlik baxımından qadağandır.
Qeyd edək ki, yeddinci dəfə keçiriləcək Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.

Tarix: 17 mart 2023
Baxış: 198

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş