Xəbər lenti
Reklam
DİM 18 və 19 iyunda keçirilən imtahanların nəticələrini elan edib

 
  18 və 19 iyun tarixlərində keçirilən 9-cu sinif buraxılış, 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanlarının nəticələri elan olunub.
Imtahanın nəticələri 21 iyun saat 15:35-dən etibarən DİM-in internet saytında yerləşdirilib.
İştirakçılar imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə müvafiq olaraq aşağıdakı linklərdə tanış ola bilərlər:
İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
9-cu sinif üzrə buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 18434 nəfərdən 330 nəfər, kolleclərə qəbul imtahanlarında iştirakı nəzərdə tutulan 1035 nəfərdən 337 nəfər, Azərbaycan dili imtahanında iştirakı nəzərdə tutulan 3086 nəfərdən 120 nəfər imtahana gəlməyib. 4 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.
Xatırladaq ki, buraxılış imtahanlarında (o cümlədən Azərbaycan dili) iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün şəhər və rayonlar üzrə bütün  imtahanlar başa çatdıqdan sonra onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək.
Qeyd: 18 və 19 iyun tarixlərində keçirilən 11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.             /APA
Tarix: 21 iyun 2020
Baxış: 328

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş