Xəbər lenti
Reklam
Yeni il süfrəsində nələrə diqqət etməliyik? - Şərab, şamdan və daha nələr... - FOTO

Yeni il gecəsi dedikdə bir çoxumuzun ağlına böyük süfrə atrafında əyləşərək müxtəlif təamların dadına baxmaq gəlir. Xüsusən də, həmin süfrənin hazırlanması və təqdim edilməsi böyük zövq və diqqət tələb edir.
Bəs, Yeni il süfrəsini hazırlayarkən nələrə diqqət etmək lazımdır?
Yeni il süfrəsində nələrə diqqət etmənin vacib olduğunu təqdim edirik:
Çox çeşid, az miqdar...
Yeni il gecəsi şam yeməyi uzun zamanı əhatə edir. Ona görə də qida çeşidinin bol olması vacibdir. Süfrənin zənginliyi və müxtəlif harmoniyalardan ibarət dadların birləşməsi xoş zamanın açarıdır. Ancaq ehtiyatlı olun, porsiyaları kiçik saxlayın. Çünki həddindən artıq yemək əyləncəni poza bilər.


Çox yemək süfrənin dizaynını korlayacaq...
Yemək masasının çeşidi çoxaldıqca, xidmət materiallarının da sayı artır. Təamların nümayiş olunduğu sahə ilə boşqablar arasındakı məsafəni yaxşı tənzimləmək lazımdır. Bu vəziyyətdən çıxmaq üçün masanın təqdimat sahəsinə kiçik miqyaslı yemək növlərini gətirmək və bitdikdən sonra əlavə etmək faydalı ola bilər.


İçkilər qida ilə uyğunlaşdırılmalı...
Yeni il ərəfəsində içkilərin qida ilə uyğun olması vacibdir. Süfrədə qırmızı şərabla yeyiləcək yeməklə, meyvə şirəsi ilə dadılacaq təam ayrılmalıdır.


Buz saxlamağı unutmayın...
Yeni ilə hazırlaşarkən bir gün əvvəl ediləcək ən vacib şey bol buz saxlamaqdır. Evdə kifayət qədər buz olduğundan əmin olun. Bu,Yeni il ərəfəsində sizə həm fərahlıq gətirəcək, həm də içkilərinizi daha dadlı edəcəkdir.


Şirin yeyək, şirin danışaq...
İnsanların xoş söhbətlər etdiyi uzun yeni il süfrələrində gecəni desertsiz tamamlamaq mümkün deyil. Bununla belə, bol yemək çeşidi olan masalar üçün ağır desertlər tövsiyə edilmir. Südlü həmçinin, meyvə ekstraktlarından hazırlanmış şərbətlər yüngül ola bilər. Əgər yeməkdən sonra çay və qəhvə veriləcəksə, makaron və petifür adlanan kiçik desertlər yaxşı seçimdir.

Təqdimat hər şeydən önəmlidir...
Süfrədəki yeməyin dadı qədər təqdimatı da önəmlidir. Təqdimat pis olarsa, dünyanın ən dadlı yeməkləri belə masanın üstündə qala bilər. Yaxşı təqdimat üçün süfrədə rəng harmoniyasına diqqət yetirmək lazımdır. Açıq rəngli süfrə tünd altlıqlar və ya əksinə birləşmə ilə istifadə edilə bilər. Milad ruhuna uyğun olaraq masaya parlaq rəngli ulduzlar və kiçik şam qozaları əlavə etmək mümkündür.


Bəzəklərlə zəngin süfrələr...
Süfrənin üzərindəki rəng seçiminə uyğun olaraq müxtəlif şamdanlarla Yeni ilə uyğun zövqlü ab-hava vermək olar. Süfrənin ortasında xüsusi Milad tərtibatı olan çiçəklərlə də gözəl görünüş əldə edə bilərsiz. Stollarınızı masanıza uyğun lentlə bəzəmək də olduqca xoş görüntü yaradacaqdır.


Qafqazinfo

Tarix: 28 dekabr 2022
Baxış: 487

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş