Xəbər lenti
Reklam
İrana gedən Şəbnəm özündən çıxdı

Şəbnəm Tovuzlunun İranda Xanım Məsumənin məqbərəsini ziyarət edərkən çəkdirdiyi baş örtüklü görüntüləri sosial şəbəkədə müzakirə yaradıb.
İzləyicilərin əksəriyyəti İranda hicaba etiraz əlaməti olaraq aksiyaların davam etdiyi vaxtda onun bu addımını tənqid edib.

İrana gedən Şəbnəm özündən çıxdı

Sənətçi məsələ ilə bağlı sosial şəbəkə hesabından açıqlama paylaşıb:

“Açın qulağınızı, eşidin, bəzi sözbazlar. Görürəm ki, mənim Məşəd ziyarətim sizləri çox narahat edib. Və Təbrizdə yaşayan bəzi ağıldan kəm olanlar… Mən sənətçiyəm və qəlbimdə arzularım olub ki, ziyarət edim buranı. Yaxşı da etmişəm. Xalqımı, dövlətimi sevən bir xanımam.

Tehranda məni sevən izləyicilərim var. Danışığınızı və yerinizi bilin. Çoxlarının gözü niyə çıxdı, mən bilmirəm. Bu, bir günlük ziyarətdir. Qadın da ziyarət zamanı başını örtər. Nə xoş mənə ki, Allahım qismət etdi mənə bu ziyarətləri. Siz hələ çox danışacaqsınız”.

OLAY

Tarix: 27 dekabr 2022
Baxış: 540

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş