Redaktor seçimi
    2025-ci ilədək bu şəxslərin maaşlarına əlavələr olunacaq - Baş nazirdən QƏRAR
Xəbər lenti
Reklam
“Arvadından xəbəri olmayanlar efirdəkiləri qınayır”

“Ümid ilə gəl” verilişinin canlı efirində gərgin anlar yaşanıb.
 
Gender.az xəbər verir ki, buna səbəb proqramda iştirak edən şikayətçi xanıma  ailə üzvlərinin təzyiq göstərməsi olub.
 
Ekspert qismində oturan teleaparıcı Rövşanə Ağasəfqızı isə əsəbiləşərək bu fikirləri qeyd edib:
 
“Bəzi kişilərdə belə bir problem var - Qadını sıx, alçalt, əz, təhqir et, ayaqlar altına at… Qadın sözünü demək istədikdə isə “Sənin nə haqqın var?” deyib, əxlaq damğası yapışdıracaqlar. Mən bilmirəm, efir əxlaqsızlıq yuvasıdır ya nədir? Min hoqqa çıxarılan yerdən bəzilərinin heç xəbəri yoxdur, arvadlarından, qızlarından, bacılarından xəbəri yoxdur. Efir ictimai və milyonların gördüyü yerdir”.
 
Olay

Tarix: 21 dekabr 2022
Baxış: 507

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş