Xəbər lenti
Reklam
Bakının bəzi ərazilərində niyə internet yoxdur? - Açıqlama
 

Bakının bir sıra ərazilərində internetin verilişində problem yaranıb.
Baktelecom-dan verilən məlumata görə, “Bakı Telefon Rabitəsi” MMC-nin (Baktelecom) tabeliyindəki 2 saylı Rabitə xidmətləri mərkəzi ATS 561-də baş verən qısaqapanma səbəbindən internet şəbəkəsini ötürən avadanlıqların işində çətinlik yaşanır.
Nəticədə bəzi Baktelecom abunəçilərinin internet xidməti ilə təminatında fasilə meydana gəlib. Hazırda texniki heyət tərəfindən yaranmış çətinliyin aradan qaldırılması istiqamətində profilaktik tədbirlər həyata keçirilir.
Abunəçilərdən internet xidmətinin göstərilməsində yaranmış fasilələri nəzərə almaları xahiş olunur. \\Konkret
Tarix: 18 iyun 2020
Baxış: 268

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş