Xəbər lenti
Reklam
Bugünkü Günəş tutulması Yerə hansı mesajlar verir?

”Məgər göylərdə və yerdə olanların Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların hamısının, insanların isə, bəzilərinin (!) Allaha səcdə etdiyini görmürsənmi?” “Quran”, “Həcc” surəsi, 18 
Xəbər verildiyi kimi, bu gün – 25 oktyabr tarixində Günəş tutulması baş verəcək. Elmi-lədun hesablamalarımız göstərir ki, Günəş tutulmaları təsadüfü olmayıb, xüsusi qanunauyğunluğa tabedir. 
Günəş tutulmalarında diqqət çəkən məqamlardan biri onların 29 ədədi altında baş verməsidir. Yəni, tutulmalarnın tarixini Hicri-qəməri təqviminə çevirsək görərik ki, bir qayda olaraq ayın 29-na düşür. Bu ədədin mənasını şərh etməzdən öncə, tərtib etdiyimiz cədvəli diqqətinizə çatdırırıq:
Bugünkü Günəş tutulmasının bizə ötürdüyü kodlaşdırılmış mesajları anlamaq üçün, 29 ədədinin hikmətinə nəzər salaq. 
Əvvəlcə qeyd edək ki, 29 ədədi Yer kürəsinə işarədir. Çünkü, yerin insan yaşayan quru hissəsi 29 %-dir. 
Yeri gəlmişkən, bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyasında mövcud olan su ilə bərk cisim 29-un 71-ə nisbətindədir.
Diqqətinizi daha bir məqama yönəldək ki, “Quran”ın 29-cu surəsi “Hörümçək” adlanır və şər qüvvələrə, bugünkü mafiya və monopoliyalara işarədir. Bildiyimiz kimi, bu gün Yer kürəsinin 29 %-də yaşayan insanlar şər qüvvələrin, mafiyaların qurduqları hörümçək torunda çabalamaqdadırlar. Qurani-Kərimdə Günəş tutulması qiyamətin əlaməti olaraq qeyd edilir. Tutulmanın 29 ədədi altında baş verməsi artıq Yer əhlinə kodlaşdırılmış xəbərdarlıq kimi qəbul edilməlidir. Yəni, az vaxtda insanları əsarətdə saxlayan mafiya tipli dövlətlərin (yaxud, dövlət tipli mafiyaların) dağılacağını xəbər verir. 
Sübut üçün bildirim ki, 29-cu surə 69 ayədən ibarətdir. 
69 ədədi isə “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, “Quran”da qiyamət rəmzi sayılır. 
Son dövrlər diktatorların hakimiyyətə gəlməsini araşdıran tədqiqatçılar bir məqama xüsusiylə diqqəti cəlb edirlər ki, onların bir çoxu hakimiyyətə 69 ədədi altında (69-cu ildə) gəliblər. Mafiya və monopoliyalar da həmin vaxtdan dövlətlərin içinə sızdılar. 69-dan dövlətlər mafiyalaşmağa başladı. 
Yuxarıda qeyd etdiyimiz kimi, 69 ədədi “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, bu ədəd “Quran”da qiyamət rəmzi sayılır. Firoonun prototipləri olan diktatorların da 69 ədədi altında hakimiyyətə gəlmələri və xalqları hörümçək kimi tora salaraq əsarətdə saxlamaları bizə qiyamətin yaxınlaşdığını xəbər verirdi. 
Diktatorları təsadüfən hörümçəyə bənzətmədik. Burada da bir riyazi əlaqə vardır. Belə ki, “Hörümçək” surəsinin sıra nömrəsi 29 olmaqla, şər qüvvələrə, tor quranlara, müasir dildə desək mafiya və monopoliyalara işarədir. Maraqlıdır ki, 29-cu surə məhz 69 (!) ayədən ibarətdir. 
Bu fakt onu göstərir ki, 69-cu və 29-cu surələr həm mahiyyətcə, həm də riyazi yolla biri-birinə bağlanırlar.
Sübut üçün daha bir dəlil gətirim: 29 ədədi (29-cu ayə) müqəddəs kitabda məhz 69 dəfə keçir (“Quran”ın altmış doqquz surəsində 29-cu ayə var; qalan surələrdə ayələrin sayı 29-dan azdır).
Qeyd edək ki, 29 ədədi həm də, Yerin insan yaşayan (quru) hissəsinə işarədir. Fironun prototipləri olan diktatorların 69-cu ildə hakimiyyətə gəlməsi ilə 29 faizlik Yerdə zülmün əsası qoyuldu və mafiyalar bəşəriyyəti hörümçək kimi tora saldılar. Onların qurduqları dövlətlər də mafiya tipli dövlətlərdir (yaxud, dövlət tipli mafiyalardır). 
Fərəhli haldır ki, elm və peyğəmbərlik əsri olan XXI əsr başlayandan bəri, bu hörümçək toru dağılmağa başlayıb və Yaradanın iradəsi ilə bu proses irəliləməkdədir. Bu da təsadüfü deyildir. Belə ki:
29 x 69 = 2001
Gördüyümüz kimi bu hikmətli ədədlərin hasili XXI əsrin başlanğıcını göstərir. 
Xatırladaq ki, 21 ədədi “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olduğundan bu ədəd “Quran”da elm, kamillik və peyğəmbərlik rəmzi sayılır. Elmi-lədun hesablamalarımıza görə elm əsri olan 21-ci əsr başlayandan bəri bəşəriyyət kamillik dövrünə doğru irəliləməyə başlayıb. Bu özünü onunla büruzə verir ki, cəmiyyətdə kamilliyin son həddində olan insanlar görünməyə (tanınmağa) başlayıblar və onlar cəmiyyətə İlahi mesajlar ötürürlər...
Diktatorların əsasən Şərq ölkələrində hakimiyyətə gəlməsini əsas götürən ateistlər bunu İslam dini ilə əlaqələndirmək kimi uğursuz cəhdlər edirlər.
Məsələyə açıq gözlə baxdıqda isə, bunun tam əksini görmək mümkündür. Yəni, 29 faiz Yerin hər tərəfində zalımları hakimiyyətə gətirən, mafiya tipli dövlətləri yaradan və bu günədək onarın hakimiyyətini hər vəclə qoruyub saxlayan əslində qeyri müsəlmanlar - yahudi və xaçpərəstlərdir. Bunu görmək üçün heç də yüksək savad tələb olunmur. Sadəcə, azacıq gözüaçıq olmaq yetərlidir. Özlərini “İslam” ölkəsi kimi təqdim edənlərin kimlərlə müttəfiq olmalarına baxsanız, onların mahiyyətlərini başa düşəcəksiz (İran rus və ermənilərlə, ərəb ölkələri isə, İngilisdilli ölkəllərlə müttəfiqdirlər...).
Bizim baxışlarımıza görə bu gün dünyada nəinki İslm dövləti yoxdur, əksinə, özlərini İslam kimi təqdim edən dövlətlər dini və millətləri parçalamaqla, İslamı gözdən salmaqla məşğuldurlar... 
Astronomik dövr nədir?
Qeyd edək ki, hələ astronomiya elmi yaranmamışdan qabaq kahinlər Günəş və Ay tutulmalarını əsrlər boyu qeydə almış və onların sayı üzərində təhlillər aparmışlar. Uzunmüddətli təhlillərdən sonra müəyyən olunmuşdu ki, astronomik hadisələr dövrlərə bölünür və hər dövr 18 il, 11 gün, 8 saatı, və yaxud 6585 sutkanı əhatə edir. Sonradan astrono¬miya elmi yarandı və bu dövr “Saros dövrü” adlandırıldı.
Araşdırmalarımız göstərir ki, bütün Günəş tutulmaları bir qayda olaraq 6585 gün fərqlə təkrarlanır. Bunu sübut edən cədvəlləri təqdim edirik:
(cədvəl şərh bölümündə)
Yuxarıda qeyd etdik ki, hər "Saros dövrü”ndə bir qayda olaraq 71 astronomik hadisə baş verir ki, onlardan 28-i Ay, 43-ü isə Günəş tutulması olur.
Neçə minilliklərdir ki, dəyişməyən bu rəqəmlərin mənası (niyə məhz bu sayda olması) hələ ki, astronomiya elmi tərəfindən kəşf olunmayıb (yəqin ona görə ki, indiyədək bu məsələyə “Quran” fonunda baxılmayıb).
Elmi-lədun araşdırmalarımız zamanı məlum oldu ki, buradakı 71 astronomik hadisə Yerin dərya hissəsinə işarədir (Yerin 71 %-i sudan ibarətdir). 
Dəryadan söhbət düşəndə isə, gözlərimiz önünə ilk növbədə gəmi və Nuh gəlir. Təsadüfü deyil ki, “Quran”ın bu mövzudan bəhs edən "Nuh" surəsinin sıra nömrəsi də 71-dir (!). Bu da həm dəryalara, həm də “Saros dövrü”ndəki 71 tutulmaya işarədir.
71-ci surənin 28 ayədən ibarət olması isə, “Saros dövrü”ndə baş verən 28 (!) Ay tutulmasının sirrini açır:
71 - 28 = 43 
hesablaması isə, bir astronomik dövrdə 43 (!) dəfə baş verən Günəş tutulmasının açarıdır.
Bugünkü Günəş tutulmasının elmi-lədun təhlili göstərir ki, Yaradan yolun azmış, bəşəri dəyərlərdən uzaqlaşmış insanlara, və onların rəhbərlərinə xəbərdarlıq edir ki, tövbə edib, doğru yola qayıtsınlar və bir-birlərinə zülm etməkdən, əziyyət verməkdən çəkinsinlər. Əks halda xalqları və onların zalım rəhbərlərini ağlasığmaz bəlalar gözləyir... 
Bu və digər hesablamalarımız göstərir ki, bütün astronomik xəbərdarlıqlardan sonra Yerə bəlalar endiyi kimi, bu tutulmadan sonra da bəla gələcəkdir. Bu cür bəlalardan sığortalanmaq üçün insanlar günahlardan çəkinməli, rəhbərlər zülmə son qoymalıdırlar. Əks halda tez bir zamanda qurulmuş mafiya və monopoliyalar dağılacaq, zülmə rəvac verənlər ciddi cəzalanacaqlar... 
"Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84


Paşa Yaqub,
Həkim, elmi-lədun bilicisi
Tarix: 25 oktyabr 2022
Baxış: 382

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş