Xəbər lenti
Reklam
Ötən il Azərbaycanda 299 transplantasiya əməliyyatı keçirilib

2019-cu ildə orqanların və toxumaların transplantasiyası üzrə 163 nəfər üzərində 299 əməliyyat həyata keçirilib.
Əməliyyat aparılanlardan 110 nəfəri kişi, 53 nəfəri isə qadındır.
Bildirilib ki, əməliyyatlardan 22-si gözün buynuz qişası, 40-ı sümük iliyi, 110-u qaraciyər və onun seqmentləri, 122-si böyrək və onun seqmentləri, 2-si sümüklər və onların seqmentləri, 1-i əzələlərin və vətərlərin  transplantasiyası üzrə olub. 2 əməliyyat isə digər orqan və toxumalar üzərində aparılıb.
Qeyd olunub ki, əməliyyat olunanlardan  41 nəfəri 0-17 yaş aralığında olan uşaq resipiyentlərdir.   /APA
 
Tarix: 12 iyun 2020
Baxış: 421

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş