Xəbər lenti
Reklam
Bu barmağınıza baxıb koronavirusa yoluxduğunuzu öyrənə bilərsiniz? — Cəlal İsayev AYDINLIQ GƏTİRDİ

"Epidemiyanın başladığı ilk günlərdə havaların temperturunun 25 dərəcəni keçdikdən sonra COVİD-19 virusunun ölməsi barədə səsləndirilən fikirlərlə bağlı onu deyə bilərəm ki, virusların bir çox növləri var. Bəzi viruslar 37 dərəcədə, 10-15dəqiqə tab gətirib, sonra ölür."
Gender.az bildirir ki, bunu "Ölkə.Az"a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib. C.İsayev bildirib ki, COVİD-19 virusu isə hətta 56 dərəcədə belə 10-15 dəqiqə dözə bilir:
" Bir daha deyirəm ki, COVİD-19 infeksiyası tam öyrənilməyib, müxtəlif fikirlər var. Hətta belə bir absurd fikir də ortaya atılıb ki, kimin çeçələ barmağı uzundur, COVİD-19-a daha tez yoluxur. Bu səslənən fikirlərin arasında düz olanı da, səhvi olanı da var. İstənilən halda bu bəladan qurtulmaq istəyiriksə, qaydalara ciddi əməl etməliyik". 
Tarix: 04 iyun 2020
Baxış: 20363

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş