Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Çimərliklər meymunçiçəyi virusuna yoluxma riskini artırır? - VİDEO

Hazırda dünyanın bir sıra ölkələrində aşkarlanan meymunçiçəyi virusu çimərlik mövsümü yaxınlaşdıqca insanları daha çox narahat edir. Çünki bu xəstəliyin suçiçəyi infeksiyası ilə kliniki əlamətləri oxşar hesab olunur. Suçiçəyinin isə su hövzələrində yayılma risqi daha çoxdur.
Həkim İnfeksionist Natiq Əliyev deyir ki, meymunçiçəyi hava-damcı yolu ilə yayılan infeksiyadır. Bu virusun su ilə digər şəxslərə ötürülmə ehtimalı yoxdur.
Natiq Əliyevin sözlərinə görə, digər viruslardan fərqli olaraq Meymunçiçəyindən ölüm faizi olduqca aşağıdır. Buna baxmayaraq virusa yoluxan xəstələrdə karantin müddəti ağır keçəbilər. İnfeksionist xəstəlikdən qorunmaq üçün əsas gigiyenik qaydalara riayət etməyi, çimərliklərdə ara məsafəsini qorumağı tövsiyə edir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya şöbəsinin müdiri Ziyəddin Kazımov isə sorğumuza cavab olaraq bildirdi ki,hazırda çimərlik mövsümünün yaxınlaşması  ilə əlaqdar dəniz suyunun laborator-instrumental tədqiqatı aparilir. Müayinlərin nəticəsinə uyğun olaraq icitmaiyyətə ətraflı məlumat veriləcək.




Tarix: 02 iyun 2022
Baxış: 608

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş