Xəbər lenti
Reklam
Yeni virus dəhşəti - Cinsi əlaqə yolu ilə yayılır

Hindistanın Uttar Pradeş ştatında 89 nəfərdə yeni, "Zika" virusu aşkarlanıb.
 
17-si uşaq olmaqla 89 nəfərin "Zika" testi müsbət çıxıb. Epidemiyanın yayılmasının qarşısını almaq üçün bölgədə qruplar təyin edilib.
 
Ərazidəki səhiyyə rəsmiləri Kanpur şəhərində ilk yoluxmanın oktyabrın 23-də aşkarlandığını və o zamandan artdığı bildirilir.
 
"Zika" virusu insanlara ağcaqanad dişləməsi, qan və cinsi əlaqə yolu ilə keçir.
 
Virusa yoluxan şəxslərdə ilk olaraq qızdırma, gözlərdə qızartı, qusma, səpgi, baş ağrısı, əzələ və oynaq ağrıları kimi simptomları olur. Xəstəliyin xüsusi müalicəsi və ya profilaktik peyvəndi yoxdur. //modern.az

Tarix: 09 noyabr 2021
Baxış: 229

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş