Xəbər lenti
Reklam
Böyrəküstü vəzilərdə problem olduğunu göstərən əlamətlər

Böyrəküstü vəzilər böyrəklərin üstündə yerləşən iki kiçik orqandır. Lakin onlar orqanizmdə çox vacib hormonları sintez edir, bütün sistemlərin fəaliyyətinə cavabdehdir.
Əgər bu orqanların işində pozulma olarsa, insan hətta ölə də bilər.
Lakin heç kim böyrəküstü vəzilərin nə vaxt,necə sıradan çıxdığını bilməz, onları müayinə etdirməz.
Koviddən və dəhşətli stresdən sonra böyrəküstü vəzilər çökür. Hətta böyrəklər kimi böyrəküstü vəz çatışmazlığı da yarana bilər.
Milli.Az bu vəzilərin normal işləmədiyinin bəzi əlamətlərini təqdim edir.
- Depressiya, bədənin zəifləməsi
- Gündüzlər yorğun olmaq, gecələr daha enerjili olmaq
- Çəkinin azalması
- Ürəkbulanma, qusma, ishal
- Orqanizmdə hormon disbalansı
Müayinə üçün böyrəküstü vəzilərin USM olunur. Lakin o orqanın fəaliyyətini tam göstərmir.
Mütləq analizlər verilməlidir:
- Ümumi qan analizi
- Sidik analizi
- Aldosteron, testosteron, kortizol, DEA-c analizləri
Bu əlamətlərdən bir neçəsi sizdə varsa, mütləq endokrinoloq həkimə müraciət edin. /medicina.az

Tarix: 08 noyabr 2021
Baxış: 218

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş