Xəbər lenti
Reklam
Uşaq heç vaxt xəstələnməsin deyə... Tanınmış həkimin 7 QIZIL QAYDA
Uşaqların immun sistemi tədricən formalaşdığı üçün onlar böyüklərlə müqayisədə daha tez-tez xəstələnir. Bu təbiidir.
Lakin uşaq xəstəliklərdən çıxmırsa, həddindən artıq tez-tez xəstələnirsə bu artıq onun orqanizmini zəiflədir, uşağın sağlam və möhkəm böyüməsinə mane olur.
Sizə tanınmış ukraynalı pediatr Evgeniy Komarovskinin uşaqların daha gec-gec xəstələnməsi üçün 7 qızıl qaydanı təqdim edirik:
1. Uşaq tez-tez açıq havada olmalıdır.
2. Uşağı həddindən artıq steril şəraitdə böyütməyin.
Uşaq daim steril şəraitdə saxlanılırsa onun immun sistemi "işsizlikdən" zəifləyir və daha sonra mikrob və ya virusla üzləşdikdə orqanizmi yaxşı müdafiə edə bilmir.
3. Apteklərdə satılan vitaminlərdən sui-istifadə etməyin.
Uşaq vitaminləri təbii mənbələrdən (meyvə-tərəvəz, yarmalar, süd məhsulları və s.) almalıdır.  
4. Uşağı zorla yedizdirməyin.
Uşaq sağlamdırsa iştahasızlığın səbəbi əksər hallarda fiziki aktivliyin az olmasıdır. Uşaq açıq havada oynayandan, qaçandan, velosiped sürəndən sonra enerjisini sərf edəcək və təbii olaraq yemək istəyəcək.
5. Şirniyyatı azaldın.
Şəkər immun sisteminin ilk düşmənlərindən biridir.
6. Uşağın bağırsaqları normal işləməlidir.
Tez-tez təkrarlanan qəbizlik və ishal uşağın immun sistemini zəiflədir.  
7. Uşağın otağı çox isti olmamalıdır, müntəzəm olaraq yığışdırılmalı və havası dəyişilməlidir. \\Saglamolun.az  
Tarix: 07 iyun 2019
Baxış: 492

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş