Xəbər lenti
Reklam
İsti havaların dərmanı bu çaydır - Ürəyi qoruyur

Hər gün çökə dəmləməsi için, yayda bu xəstəliklərdən qorunun

İsti havalar ürək, sinir sistemi, böyrəklərin fəaliyyətinə olduqca mənfi təsir göstərir.
Yay mövsümündə ürək tutmaları, infarkt və insult, böyrəklərdə daşların əmələ gəlməsi, sinir sistemi xəstəlikləri riski daha da artır.

Belə ki, rusiyalı həkim-diyetoloq Viktoriya Savitskayanın fikrinə görə, isti havanın orqanizmə olan mənfi təsirini ən yaxşı azaldan vasitə çökə güllərinin dəmləməsidir.

Dəmləmə beyinin və ürəyin fəaliyyətinə müsbət təsir edir, ürəyin ritmini və arterial təzyiqi tənzimləyir, sakitləşdirir, yuxunu yaxşılaşdırır.

Dietoloq dəmləməni hər gün adi çay kimi dəmləməyi (1 x.q. quru ot + 1 stəkan isti su) və soyuq halda içməyi tövsiyə edir. Dəmləməni su ilə durulaşdırıb uşaqlara da vermək olar. \\Medicina

Tarix: 06 iyul 2021
Baxış: 280

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş