Xəbər lenti
Reklam
Azərbaycanda "şüşə, "patı" istifadə edən uşaqların sayı artır - Həkimdən SOS

“Son vaxtlar Azərbaycanda ölkədə “patı”, “şüşə”, “metamfetamin” kimi süni narkotik istifadəçilərin sayı durmadan artır. Ən pisi odur ki, yeniyetmələr də bu şəbəkəyə cəlb olunur”


Bu sözləri pediatr Vaqif Qarayev deyib. Həkim hüquq mühafizə orqanlarını təcili tədbir görməyə səsləyib:

“Patı”nın məktəblərdə istifadəsi başlanılsa durumu təsəvvür edə bilirsiniz? Belə fikir var ki, süni narkotik ölkənin daxilində istehsal olunur. Düşünürəm ki, hüquq mühafizə orqanları üçün bu istehsal şəbəkəsini aşkar etmək çətin olmamalıdır. Bu günə qarşısı alınmayıbsa, deməli, kimlərsə himayə edir bu "ölüm istehsalçıları"nı. Biz cəmiyyət olaraq balalarımızı qorumaq üçün ayıq-sayıq olmalıyıq, şübhə yaranarsa, dərhal müvafiq qurumları məlumatlandırmalıyıq”.

Vaqif Qarayev hesab edir ki, narkomana kriminal ünsür kimi yox, xəstə kimi yanaşılmalıdır:

“Onların doğmalarına dəstək olub bu bəladan xilas olunmasına çalışmalıyıq. Bütövlükdə, vəziyyət pisdir, uşaqlarımızı necə qoruyaq?”. \\Medicina

Tarix: 05 iyul 2021
Baxış: 281

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş