Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Viaqra əvəzinə aspirin için- Kişilərə TÖVSİYƏ

Türkiyəli mütəxəssislərin araşdırması kişilər tərəfindən maraqla qarşılanıb.

Prof. Dr. Zeki Bayraktar və Selami Albayrak kişilərə ereksiya probleminin həlli üçün aspirin içməyi tövsiyyə edib.

Tədqiqatda 184 nəfər və təxminən 48 yaşında olan kişilər iştirak edib. Bu şəxslərin 70%-də isə sərtləşmə problemi olduğu bəlli olub. Araşdırma davam edən 6 həftə boyunca həmin şəxslərə gündə 100 mq dozada aspirin içirilib. Bəlli olub ki, nəticədə həmin şəxslərdə ereksiya problemi azalıb.

Araşdırmacıların fikrinə görə, onlar bu metodla təqribən viaqra ilə eyni nəticələr əldə ediblər. Əvvəlki araşdırmalarda trombosit yüksəkliyinə diqqət edilirdi, bu araşdırmada isə qandakı incə trombositlərə edilən müalicənin təsiri öyrənilib.

Lakin qeyd edilib ki, bəzi mütəxəssislər bu araşdırmanın nəticələrini doğru qəbul etmir. Kişilər bu yöntəmdən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Bu araşdırma zamanı şəkər, yüksək təzyiq, ürək –damar kimi xəstəliyi olan şəxslər qrupa daxil edilməyib. \\Pressaz.info
Tarix: 22 mart 2021
Baxış: 489

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş