Xəbər lenti
Reklam
Pivənin sağlamlığa hansı müsbət təsirləri var?

Hamımız bilirik ki, pivə böyük miqdarda kalori mənbəyidir. Lakin bununla birgə bu içkidə çoxlu bəsləyici maddələr var. İnsanı rahatlatmaqla birgə pivə bədənə də müsbət təsir göstərə bilir.

Pivə dərmandır?

Ənənəvi Çin təbabətini araşdıran manual terapvet Vinsent Karuzo belə nəticəyə gəlib ki, mayaotu yuxusuzluğun dərmanı kimi, həmçinin psixoloji yorğunluğu və depresiyanı zəiflətmək üçün istifadə edilib. Arpa isə dalağın və öd kisənin köməkçisi sayılırdı.

Pivə sümükləri bərkidir?

Beynəlxalq endokrinologiya dərgisinə inansaq müasir pivə sümüklərin böyüməsinə müsbət təsir göstərə bilər.
Lakin həddindən artıq spirtli içki qəbulu sümüklərin möhkəmliliyinə təsir edir. 

Pivə yuxu dərmandır?

Pivənin insana yuxu gətirməsi üçün onun içində mütləq spirt olmamalıdır. 2012-ci ildə aparılan tədqiqatlar zamanı məlum olub ki, həmin funksiyanı spirtsiz mayaotulu pivə də daşıyır. Nahar vaxtı pivə içən qadınlar daha bərk yuxuya gedirlər.
Lakin ifrat dərəcədə spirtli içki qəbulu yuxuya olduqca pis təsir edir. 

Pivə dəriyə necə kömək edir?

Pivə, daha dəqiq desək mayaotu, iltihaba qarşı xüsusiyyətlərə malikdir. Pivə mayasında olan B qrupuna aid vitaminlər dərini gözəl şəkildə nəmləşdirir. \\Gent.az
Tarix: 26 yanvar 2021
Baxış: 318

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş