Redaktor seçimi
    Mömünə Xatun türbəsi ətrafında yarımçıq tikili... - Naxçıvan İH-dən açıqlama
Xəbər lenti
Reklam
Bu əlamətlərin varsa, deməli, vəziyyətin ağırlaşacaq - HƏYƏCAN TƏBİLİ


"Bizə müraciət edən xəstələr var ki, deyir "Mən inanmırdım, inanmırdım ki, bu, belə olar. Mən inanmırdım ki, mənim nəfəsim kəsilər, hava ala bilmərəm".

Pəncərəyə qaçır, deyir "Pəncərəni aç mənə hava gəlsin". Başa salıram ki, o hava bu hava deyil, sizə oksigen verilməlidir. O hava bunu əvəz edə bilməz. Deyir, yəni bu belə olarmış?! İnanmır, başına gəlib, hələ yenə də inanmır. Elə insanlar da var".  

Gender.az bildirir ki, bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist İlhamə Abbasova deyib.

"Gərək, poliknikalar da bir az nəzarəti artırsınlar. Nəyə görə? Orta-ağır xəstələri evdə müşahidə etməsinlər. Poliklinika həkimləri evlərə getmirlər, ancaq telefonla idarə edirlər. Nəfəs darlığı və qızdırması olan xəstələri xəstəxanaya aparsınlar. Yox, xəstədə axşamlar temperatur 38-ə qalxdısa, öskürəy çoxaldısa, halsızlıq oldusa, başını yerdən qaldıra bilmirsə, bu kimi hallar olanda bilməlidirlər ki, artıq vəziyyəti ağırlaşır. Dərhal 103-ə zəng etməlidirlər, həkimdən bunu tələb etməlidirlər.

Bizə gəlirlər, 10 gündür, 12 gündür, 15 gündür, bir həftədir mən müalicə alıram deyirlər. Müalicəyə də baxırsan ki, virusa qarşı heç nə edilməyib, ancaq "deksametazon", antibiotik vurulub. O da xəstənin evini yıxır, vəziyyətini daha da ağırlaşdırır". 
Tarix: 21 noyabr 2020
Baxış: 422

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş